Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü münasibətilə Qaraqurdlu kəndi ərazisində ağacəkmə aksiyası keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya zamanı Xaçmaz rayonundan olan hər şəhidin xatirəsinə bir ağac olmaqla ümumilikdə 306 ting əkilib. İştirakçılar əkilən tingləri suvarıb və onlara ilkin qulluq göstəriblər.
