Bakı.Trend:
Qırğızıstan parlamentinin deputatları ölkədə növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci il tarixində keçirilməsi təsdiqləyiblər.
Bu barədə TASS-a respublikanın ali qanunverici orqanının mətbuat xidmətindən bildirilib.
“Deputatlar “Qırğız Respublikasının prezident seçkilərinin təyin edilməsi haqqında” qanun layihəsinə baxaraq onu qəbul ediblər. Qırğız Respublikasında növbəti prezident seçkiləri hazırkı prezidentin səlahiyyət müddətinin başa çatdığı ildə yanvar ayının dördüncü çərşənbə günü keçirilir”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.
Təqvimə əsasən, 2027-ci ilin yanvar ayının dördüncü çərşənbəsi yanvarın 27-nə təsadüf edir.
