Bakı.Trend:
Argentina Prezidenti Xavyer Miley BMT-ni "bürokrat-parazitlərin bəslənmə mənbəyinə çevrilmiş faydasız təşkilat" adlandırıb.
TASS-ın məlumatına görə, Miley bu fikri BMT Baş Assambleyasının iclasında çıxışı zamanı səsləndirib.
“BMT yalnız özlərini xoşniyyətli bürokratlar kimi qələmə verən, dəhşətli dərəcədə təkəbbürlü parazitlər kastasını bəsləməyə xidmət edən faydasız təşkilata çevrilib”, - deyə o bildirib.
Onun sözlərinə görə, BMT üzərinə qoyulmuş “millətlərin suverenliyini qorumaq və münaqişələrin dərhal silah tətbiqi ilə deyil, əməkdaşlıq yolu ilə həll edilə biləcəyi platforma yaratmaq” vəzifəsinin öhdəsindən gələ bilmir.
Argentina liderinin fikrincə, bunun əvəzinə təşkilat “dünya xalqlarının və onların vətəndaşlarının necə yaşamalı olduğuna qərar vermək üçün yaradılmış bürokratik leviatana” çevrilib.
