Bakı. Trend:
Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçularla görüşüb.
Bu barədə Hərbi Prokurorluq məlumat yayıb.
Bildirilib ki, qurumun rəhbərliyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrini, eləcə də Naxçıvan Hərbi Kollecini ziyarət edib.
Görüşlərdə Vətən müharibəsi və antiterror əməliyyatı, Azərbaycanın dövlət suverenliyinin tam bərpası barədə danışılıb. Hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub.
Məlumata görə, hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.
