Azərbaycanın sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi

İqtisadiyyat Xəbər 24 Sentyabr 2026 12:03 (UTC +04:00)
Azərbaycanın sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 1 milyard 115,4 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatı əsasında hesablamasına görə, hesabat dövründə toplanan sığorta haqlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artıb.

Sığorta haqlarının həcminə görə bazarda ən yüksək göstərici “Paşa Həyat Sığorta” ASC-yə məxsus olub. Şirkət hesabat dövründə 517,884 milyon manat məbləğində sığorta haqqı toplayıb.

Renkinqdə ikinci yeri “Paşa Sığorta” 273,302 milyon manat göstərici ilə tutub. Üçüncü sırada isə 75,051 milyon manat sığorta haqqı ilə “Atəşgah Həyat” sığorta şirkəti qərarlaşıb.

İlk beşliyə, həmçinin 58,764 milyon manat sığorta haqqı toplayan “Atəşgah” və 41,696 milyon manat göstəriciyə malik “Qala Sığorta” daxil olub.

Hesabat dövründə “Meqa Sığorta” 24,115 milyon manat, “Meqa Həyat Sığorta” 20,034 milyon manat, “Aqrar Sığorta” 19,425 milyon manat, “Xalq Sığorta” 18,324 milyon manat, “Qala Həyat” isə 18,025 milyon manat sığorta haqqı toplayıb.

Renkinqin növbəti pillələrində 17,969 milyon manatla “Azərbaycan Sənaye Sığorta”, 10,640 milyon manatla “A-Qroup”, 8,433 milyon manatla “Xalq Həyat”, 6,524 milyon manatla “İpək Yolu Sığorta” və 5,206 milyon manatla “AzSığorta” yer alıb.

Ümumilikdə, 2026-cı ilin ilk səkkiz ayında sığorta bazarında ödənişlərin həcmi 773,2 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28,1 faiz artıb.

Beləliklə, hesabat dövründə sığorta ödənişlərinin artım tempi sığorta haqlarının artımını əhəmiyyətli dərəcədə üstələyib.

Şirkətin adı

Sığorta haqları (milyon manat)

"Paşa Həyat Sığorta"

517,884

"Paşa Sığorta"

273,302

"Atəşgah Həyat"

75,051

"Atəşgah"

58,764

"Qala Sığorta"

41,696

"Meqa Sığorta"

24,115

"Meqa Həyat Sığorta"

20,034

"Aqrar Sığorta"

19,425

"Xalq Sığorta"

18,324

"Qala Həyat"

18,025

"Azərbaycan Sənaye Sığorta”

17,969

" A-Qroup"

10,640

“Xalq Həyat"

8,433

“İpək Yolu Sığorta”

6,524

"AzSığorta""

5,206

Məqalədə:

Xəbər lenti

Xəbər lenti