Çin vətəndaşlarının ölkə xaricinə çıxışı ilə bağlı qaydaları sərtləşdirir

Dünya xəbərləri Materials 5 Avqust 2026 18:13 (UTC +04:00)
Çin vətəndaşlarının ölkə xaricinə çıxışı ilə bağlı qaydaları sərtləşdirir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çinin hakimiyyət orqanları ölkə vətəndaşlarının xaricə çıxışı ilə bağlı qaydaları sərtləşdirir.

Bununla bağlı Çin Dövlət Şurasının müvafiq qərarı iyulun 31-də hökumətin rəsmi saytında dərc olunub.

Sənəd 19 bənddən ibarətdir və ölkəyə giriş-çıxış qaydalarını tənzimləyir. Qərarda qeyd olunub ki, Çin hökuməti "Çin vətəndaşlarının təhlükəsizliyi ilə bağlı risklərin qarşısının alınması və nəzarət sistemini yaradır, təkmilləşdirir". Çin vətəndaşlarına xarici ölkələr və regionlarla bağlı təhlükəsizlik xəbərdarlıqlarına və risklərə diqqət yetirmək, təhlükəli hesab edilən ölkə və bölgələrə səfərdən və ya həmin ərazilərdə qalmaqdan çəkinmək tövsiyə olunub.

Qərarın bəndlərindən birinə əsasən, Çin vətəndaşları miqrasiya və viza orqanlarının əməkdaşlarına səfər planları barədə etibarlı məlumat təqdim etməlidirlər. Onlardan əlavə sənədlər də tələb oluna bilər.

Əgər Çin vətəndaşı miqrasiya sənədləri ilə bağlı saxtakarlıq edərsə, onun ölkədən çıxışına üç ilədək qadağa qoyula bilər. Xaricdə cinayət törədən şəxslər də eyni cəza ilə üzləşə bilərlər. Bundan əlavə, ixrac nəzarəti qaydalarını və milli təhlükəsizliyə təhdid yarada biləcək digər tələbləri pozan Çin vətəndaşlarının da ölkədən çıxışına qadağa qoyula bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti