Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz"ə hökm oxunub

Cəmiyyət Materials 6 Avqust 2026 18:15 (UTC +04:00)
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz"ə hökm oxunub
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker “Bəniz” ləqəqbli Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Aybəniz Xəlilova 10 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ona Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti