Mingəçevirdə kanalda batan yeniyetmənin axtarışlarına başlanılıb (VİDEO)

Hadisə Materials 5 Avqust 2026 20:00 (UTC +04:00)
Mingəçevirdə kanalda batan yeniyetmənin axtarışlarına başlanılıb (VİDEO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 4 avqust 2026-cı il tarixində Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə nazirliyin rəsmi internet saytında məlumat dərc edilib.

Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

"Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti