Günəş tutulması zamanı Avropada günəş elektrik enerjisi istehsalı müvəqqəti azalacaq

Dünya xəbərləri Materials 6 Avqust 2026 01:30 (UTC +04:00)
Günəş tutulması zamanı Avropada günəş elektrik enerjisi istehsalı müvəqqəti azalacaq
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 12-də baş verəcək qismən Günəş tutulması Avropada fotovoltaik elektrik enerjisi istehsalının müvəqqəti azalmasına səbəb olacaq.

Bu barədə Fransanın yüksək gərginlikli elektrik şəbəkəsinin operatoru RTE məlumat yayıb.

RTE-nin yaydığı açıqlamada qeyd olunur ki, Günəş şüalarının qısa müddət ərzində azalması və daha sonra yenidən bərpa olunması fotovoltaik elektrik istehsalında sürətli dəyişikliklərə səbəb olacaq.

Yerli vaxtla saat 19:30-dan 21:30-dək davam edəcək tutulma zamanı Fransanın bəzi bölgələrində Günəşin 99 faizə qədəri örtüləcək, İspaniyanın şimalında isə tam Günəş tutulması müşahidə olunacaq.

RTE-nin hesablamalarına görə, tutulmanın pik mərhələsində Avropada günəş elektrik enerjisi istehsalı təxminən 9 700 meqavat azalacaq ki, bu da Avropa İttifaqında quraşdırılmış günəş enerjisi gücünün 3,7 faizinə bərabərdir.

Fransada isə hava açıq olacağı təqdirdə elektrik şəbəkəsinə verilən günəş enerjisi təxminən 1 800 meqavat azalacaq. Bu da ölkənin ümumi elektrik istehsalının təxminən 3 faizini təşkil edir.

RTE AFP agentliyinə bildirib ki, Fransa Almaniya (3 300 MVt) və İspaniya (3 000 MVt) ilə müqayisədə bu hadisədən daha az təsirlənəcək.

RTE-nin məlumatına görə, Fransada elektrik istehlakçıları üçün heç bir təchizat problemi gözlənilmir. Buna səbəb elektrik enerjisi istehsalının kifayət qədər yüksək olması və tutulmanın günəş enerjisi istehsalının pik saatlarından sonra baş verməsidir.

Hazırda Fransada quraşdırılmış günəş elektrik enerjisi gücü artıq 30 giqavatı ötür.

Xəbər lenti

Xəbər lenti