HƏMAS tamamilə tərksilah olunana qədər İsrail Qəzzanı tərk etməyəcək - Netanyahu

Dünya xəbərləri Materials 5 Avqust 2026 06:52 (UTC +04:00)
HƏMAS tamamilə tərksilah olunana qədər İsrail Qəzzanı tərk etməyəcək - Netanyahu

Bakı. Trend:

İsrail Fələstinin "HƏMAS" hərəkatı tərksilah olunana qədər Qəzza zolağındakı mövqelərindən geri çəkilməyəcək.

Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu açıqlamasında bildirib.

"Təhlükəsizlik maraqlarımızı müdafiə etməkdə qətiyyətliyəm. "HƏMAS" tamamilə tərksilah olunana qədər [Qəzza zolağında] mövcud xətlərdən geri çəkilməyəcəyik", - deyə o qeyd edib.

B. Netanyahunun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp "və onun komandası HƏMAS-ı tərksilah edə və Qəzzanı silahsızlaşdıra biləcəklərinə inanır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti