İrana təklif olunan Hörmüz sazişi gəmilərin İran sularından keçidini nəzərdə tutur - KİV

Dünya xəbərləri Materials 5 Avqust 2026 00:12 (UTC +04:00)
İrana təklif olunan Hörmüz sazişi gəmilərin İran sularından keçidini nəzərdə tutur - KİV

Bakı. Trend:

İrana təklif edilən Hörmüz boğazı üzrə sazişi bütün ticarət gəmilərinin İslam Respublikasının ərazi suları vasitəsilə Fars körfəzinə daxil olmasını tələb edir.

Bu barədə "The Wall Street Journal" qəzeti xəbər verib.

Məlumata əsasən, Tehrana gəmilərin İran sahillərindən bir dəhliz vasitəsilə Fars körfəzinə daxil olması və Omanın ərazi sularından keçən marşrutla yola düşməsi təklif olunub. Fars körfəzindən çıxmaq üçün heç bir ödəniş tələb olunmayacaq.

Bildirilib ki, İran nümayəndələri gəmilərin keçidi üçün rüsum almaq hüququnu, eləcə də hücumların yenilənməməsi zəmanətini, Amerika dəniz blokadasının qaldırılmasını və İran neftinə qarşı sanksiyaların yumşaldılmasını istəyiblər. Qəzetin yazdığına görə, ABŞ və Yaxın Şərq ölkələri rüsum tələbini rədd edib və Tehrandan heç bir təhdid olmadığına dair zəmanət istəyirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti