Qara dənizdə Türkiyəyə məxsus gəmiyə dron hücumu nəticəsində 4 nəfər yaralanıb

Dünya xəbərləri Materials 3 Avqust 2026 23:40 (UTC +04:00)
Qara dənizdə Türkiyəyə məxsus gəmiyə dron hücumu nəticəsində 4 nəfər yaralanıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Qara dənizdə Türkiyəyə məxsus "Nadezhda" gəmisinə edilən dron hücumu nəticəsində dörd nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

"Bildirilib ki, 2026-cı il avqustun 3-də yerli vaxtla saat 16:30-da Novorossiysk limanından Samsuna yola düşən Ro-Ro tipli "Nadezhda" gəmisinin Novorossiysk sahillərindən təxminən 20 dəniz mili məsafəsində pilotsuz uçuş aparatlarının hücumuna məruz qalması barədə məlumat daxil olub. Gəmidə 22 ekipaj üzvü olub ki, onlardan 13-ü Türkiyə vətəndaşıdır. İlkin məlumata görə, gəminin yaşayış hissəsinə və burun hissəsinə ziyan dəyib, yanğın isə hələ də davam edir", - məlumatda deyilir.

Hadisə nəticəsində yaralanan dörd heyət üzvündən üçünün Türkiyə vətəndaşı olduğu bildirilir. Gəminin kapitanı Yalçın Şahin hücum zamanı 6-7 drondan istifadə edildiyini açıqlayıb.

Nazirliyin açıqlamasına görə, ekipaj üzvləri Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə ediliblər.

Hücumdan sonra gəmidə baş verən yanğının qarşısını almaq üçün heyət özü müdaxilə edib. Bölgədə hələ də digər dronların mövcudluğu səbəbindən Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin dərhal köməyə gələ bilmədiyi qeyd olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti