Bakı. Trend:
İran və Oman hazırda Hörmüz boğazında yeni təhlükəsiz marşrutun müəyyənləşdirilməsi ilə bağlı danışıqları hələ başa çatdırmayıb, məsləhətləşmələr davam edir.
Bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Bu günə olan vəziyyətə görə, danışıqlar həm texniki, həm də siyasi səviyyədə müsbət qiymətləndirilir. Danışıqların yekun nəticələri yekun qiymətləndirmə başa çatdıqdan sonra açıqlanacaq", – deyə o, İranın dövlət televiziya və radio şirkətinə müsahibəsində bildirib.
İ.Bəqai qeyd edib ki, danışıqlar hər iki istiqamətdə gəmilərin hərəkəti üçün təhlükəsiz marşrutların müəyyənləşdirilməsinə yönəlib. Bu marşrutlar suveren hüquqları təmin etməklə yanaşı, İran və Omanın milli təhlükəsizlik maraqlarını da nəzərə almalıdır.
