Füzulidə açıq ərazidə yanğın baş verib

Hadisə Materials 4 Avqust 2026 00:40 (UTC +04:00)
Füzulidə açıq ərazidə yanğın baş verib

Bakı. Trend:

Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

"Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti