Kirayə mənzillərin seçimində ilk dəfə üztanıma texnologiyası tətbiq edilib

Cəmiyyət Materials 4 Avqust 2026 20:58 (UTC +04:00)
Kirayə mənzillərin seçimində ilk dəfə üztanıma texnologiyası tətbiq edilib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Kirayə mənzillərin seçimində ilk dəfə üztanıma texnologiyası tətbiq edilib.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondu və “AzInTelecom” MMC-nin birgə yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, bu gün İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən keçirilən satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillərin seçimi prosesi uğurla başa çatıb:

"Qeyd edilən seçim prosesində Azərbaycanda ilk dəfə olaraq İKZF-nin təşəbbüsü ilə yaşayış sahələrinin kütləvi seçimi zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq edilib. Yeni həll sayəsində vətəndaşlar yaşayış sahələri üçün müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyiblər.

Bu yanaşma, prosesin təhlükəsizliyinin və şəffaflığının təmin olunmasına, xüsusi proqram təminatlarından istifadə edilməsinə, həmçinin yaşayış sahələrinin seçimi prosesində yarana biləcək sui-istifadə hallarının və seçim prosesinə kənar müdaxilə riskinin qarşısının alınmasına töhfə verib".

Qeyd edilib ki, bugünkü seçim prosesində Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 184 yeni, tam təmirli mənzil vətəndaşların seçiminə təqdim olunub. Yaşayış sahələri vətəndaşlar tərəfindən “Elektron ipoteka və kredit zəmanət” sistemində 16 dəqiqə 22 saniyə ərzində seçilib və müraciətlər qaydalar çərçivəsində tamamlanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti