Bakı.Trend:
Cənubi Koreyada mayın ortalarından bəri baş vermiş anomal istilərlə əlaqədar azı 16 nəfər həyatını itirib.
Bu barədə Koreyanın Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər və Təhlükəsizlik üzrə Mərkəzi Qərargahının hesabatında deyilir.
Mayın 15-dən avqustun 3-ə qədər olan müddət ərzində istilik dalğası ilə əlaqədar sağlamlı problemləri ilə xəstəxanalara 2025 nəfər müraciət edib.
Avqustun 2-də ölkənin cənub-şərqində yerləşən Yansan şəhərində havanın temperaturu 42,5 dərəcəyədək yüksəlib. Bu 1904-cü ildən aparılan meteoroloji müşahidələrin aparılmağa başladığı vaxtdan bəri rekord göstərici hesab olunur. Yüksək temperaturla əlaqədar hakimiyyət orqanları vətəndaşlara açıq havada fiziki fəaliyyətdən çəkinməyi tövsiyə edir.
"Çoson İlbo" qəzetinin yazdığına görə, avqustun 3-də termal kameralarla təchiz olunmuş pilotsuz uçuş aparatları Kyonqido əyalətində tarlalarda çalışan fermerlərə yaxınlaşaraq onlardan işi dayandırmağı tələb edib.
