Bakı. Trend:
Qızıl satışı adı ilə yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın cinayət işi üzrə sonuncu məhkəmə prosesi baş tutub.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasan, Guzal Mamatova 6 il 6 ay il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.
