ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyalarla bağlı düzəlişləri səsverməyə çıxara bilər

Dünya xəbərləri Materials 4 Avqust 2026 23:13 (UTC +04:00)
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyalarla bağlı düzəlişləri səsverməyə çıxara bilər

Bakı. Trend:

ABŞ Konqresinin Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsi haqqında qanun layihəsinə düzəlişlər edilməsi üzrə səsvermə keçirə bilər. Respublikaçılar və demokratlar bu məsələdə fikir ayrılığına malikdirlər.

Bu barədə ABŞ qanunvericilik orqanının fəaliyyətini işıqlandıran “Punchbowl News” portalı məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, portalın yaydığı məlumata görə, Konqresin yuxarı palatasında respublikaçıların lideri Con Tyun (Cənubi Dakota ştatı) “demokratlara və senator Rend Pola (Kentukkidən respublikaçı) qanun layihəsindən rüsumlar haqqında maddənin çıxarılması üzrə düzəliş edilməsi ilə bağlı səsvermə keçirməsi imkanını verməyə hazırdır”.

Həmçinin portal dəqiqləşdirib ki, Rafael Uornok (Corciya ştatı) daxil olmaqla bir sıra demokratlar “rüsumlara aid olan düzəlişlər üzrə əlavə səsvermə keçirilməsində israr edirlər”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti