Husilər Səudiyyə Ərəbistanının aeroportuna hücum edib

Dünya xəbərləri Materials 4 Avqust 2026 15:56 (UTC +04:00)
Husilər Səudiyyə Ərəbistanının aeroportuna hücum edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yəməndəki husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran hava limanına zərbələr endirib.

“Ənsar-Allah” hərəkatının rəsmi "Telegram" kanalında yayılan məlumata görə, hücum zamanı pilotsuz uçuş aparatından (PUA) istifadə olunub.

Husilərin iddiasına görə, zərbə Səudiyyə Ərəbistanının Səədə və Həccə vilayətlərində pilotsuz uçuş aparatlarından istifadə etməklə Yəmənin hava məkanını pozmasına cavab olaraq endirilib.

"Bəyan edirik ki, hava məkanımızın istənilən pozuntusu cavabsız qalmayacaq", – deyə bəyanatda vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti