Bakı. Trend:
Kabo-Verde milli komandasının 40 yaşlı qapıçısı Vozinya Çilinin "Kolo-Kolo" klubunun futbolçusu olub.
Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.
"Vozinya artıq "Kolo-Kolo"nun oyunçusudur", – deyə klubun açıqlamasında bildirilib.
Müqavilənin müddəti açıqlanmasa da, Transfermarkt portalının məlumatına əsasən, anlaşma 2026-cı il dekabrın 31-dək nəzərdə tutulub. Futbolçunun bazar dəyəri 500 min avro təşkil edir.
Vozinya 2026-cı il dünya çempionatında dörd oyunda meydana çıxıb və onlardan ikisində qapısını toxunulmaz saxlayıb.
Qapıçının "Kolo-Kolo"ya keçidindən əvvəl son klubu Portuqaliyanın ikinci liqasında çıxış edən "Şaviş" olub. O, ötən mövsüm bütün turnirlərdə 19 oyunda iştirak edib və bunların altısında qapısından qol buraxmayıb.
Qeyd edək ki, Çili çempionatının qaydalarına əsasən, futbolçuların formalarında ləqəblərin yazılmasına icazə verilmir. Qapıçının tam adı Jozimar Joze Evora Diaş olduğundan, onun formasının arxa hissəsində "Diaş" və ya "Evora Diaş" yazılacaq.
