Böyük Britaniyanın baş naziri təyinatından iki həftə sonra məzuniyyətə çıxıb

Dünya xəbərləri Materials 4 Avqust 2026 02:50 (UTC +04:00)
Böyük Britaniyanın baş naziri təyinatından iki həftə sonra məzuniyyətə çıxıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Endi Börnem vəzifəyə başladıqdan cəmi iki həftə sonra məzuniyyətə çıxıb.

Bu barədə "The Times" qəzeti Baş nazir Aparatının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, iyulun 20-də vəzifəsinin icrasına başlayan Börnemin məzuniyyəti bu həftənin sonunadək davam edəcək. Bu müddətdə o, hökumət rəsmiləri ilə əlaqə saxlayacaq və hökumətin fəaliyyəti barədə mütəmadi hesabatlar alacaq. Baş nazir Aparatı Börnemin və ailə üzvlərinin məzuniyyəti harada keçirəcəklərini açıqlamayıb.

Baş nazirin yaxın ətrafı onun məzuniyyətə çıxmasını bununla izah edib ki, Dauninq-stritə köçməzdən əvvəl Börnem Britaniya parlamentinin İcmalar Palatasına seçilmək üçün seçki kampaniyası aparıb, daha sonra isə baş nazir vəzifəsinə hazırlaşmaq üçün intensiv fəaliyyət göstərib. Nəşr qeyd edir ki, baş nazirin yoxluğunda bu həftə hökumətin ən yüksək vəzifəli üzvü Lankaster Hersoqluğunun kansleri (xüsusi tapşırıqlar üzrə nazir) və eyni zamanda birinci dövlət katibi vəzifəsini tutan Luiz Heyq olacaq.

İcmalar Palatasının "Reform UK" Partiyasından deputatı Li Anderson məzuniyyətə çıxan Börnemi vəzifə öhdəliklərini yerinə yetirməkdən imtina etməkdə ittiham edib.

"Endi Börnem cəmi iki həftə işləyib və artıq ona kifayət etdiyini düşünür. O, xoş istirahət üçün ölkədən gedib. Ölkəyə rəhbərlik etməyə ciddi yanaşan baş nazir belə davranmaz", - deyə deputat bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti