Koreyada ABŞ hərbi bazasına daxil olmağa çalışan tələbələr saxlanılıb

Dünya xəbərləri Materials 4 Avqust 2026 16:44 (UTC +04:00)
Koreyada ABŞ hərbi bazasına daxil olmağa çalışan tələbələr saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Cənubi Koreyada səkkiz tələbə Pxyonqtek şəhərində yerləşən ABŞ hərbi bazasının ərazisinə daxil olmağa cəhd etdikləri üçün saxlanılıb.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Tələbələr yerli vaxtla saat 10:15 radələrində (Bakı vaxtı ilə 05:15) Osan aviabazasının darvazalarından birindən bazaya daxil olmağa cəhd ediblər.

Onlardan altısı bazanın ərazisinə keçə bilib, daha iki nəfər isə girişdə saxlanılıb. Fəallar aksiya zamanı Amerika Birləşmiş Ştatlarının əleyhinə "ABŞ-nin Yeddinci Hərbi Hava Ordusunu məhv edəcəyik" şüarını səsləndiriblər. Həmin hərbi birləşmə məhz bu bazada yerləşir.

ABŞ hərbçiləri tələbələri hadisə yerində saxlayaraq Cənubi Koreya polisinə təhvil veriblər. Saxlanılan şəxslər may ayında ABŞ səfirliyinə daxil olmağa cəhd etmiş Koreya Respublikasının Tərəqqipərvər Tələbələr İttifaqının üzvləridir.

Tərəqqipərvər Tələbələr İttifaqı ABŞ hərbi kontingentini Kvancju şəhərində yarımkeçirici sənayesi klasterinin yaradılması layihəsinə mane olmaqda ittiham edir. Bundan əvvəl ABŞ hərbçiləri Cənubi Koreya hökumətinin hərbi aerodromun yerində zavod tikmək planı ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Onların sözlərinə görə, aerodromun köçürülməsi hərbi maraqlara ziddir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti