Bakı.Trend:
Misirin Süveyş şəhərinin şimalında 5,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə "Reuters" agentliyi xəbər yayıb.
Misirin Milli Astronomiya və Geofizika Tədqiqat İnstitutunun məlumatına görə, yeraltı təkanlar bazar ertəsi Süveyş şəhərindən 38 kilometr şimalda qeydə alınıb.
İnstitut bildirib ki, tələfat və ya əmlaka dəyən ziyanla bağlı heç bir məlumat daxil olmayıb.
Misirin Qırmızı Aypara Cəmiyyəti zəlzələnin hiss olunduğu əyalətlərdə fövqəladə hallara cavab planını işə saldığını açıqlayıb. Qurum sakinləri konstruktiv zədələnmə əlamətləri olan binalardan uzaq durmağa və vəziyyət qiymətləndirildiyi müddətdə rəsmi məlumatları izləməyə çağırıb.
Almaniyanın Geologiya Elmləri Araşdırma Mərkəzi (GFZ) isə zəlzələnin episentrinin 10 kilometr dərinlikdə yerləşdiyini bildirib.
