Bakı.Trend:
İspaniyanın Seuta şəhərində miqrantlarla bağlı insident Avropa İttifaqında (Aİ) parçalanmaya səbəb olub, belə ki, üzv ölkələr buna “eqoistcəsinə reaksiya” göstərib.
Bu barədə “Financial Times” (FT) qəzeti yazıb.
Məlumata görə, Aİ üzvlərinin miqrant axınına reaksiyası tələsik olub və bu ittifaqın sərhəd siyasətinə ictimai etimadı sarsıtmaq riski yaradır.
"Təşviş dalğası Aİ-nin hazırda hansı siyasi mərhələdə olduğunu açıq şəkildə nümayiş etdirir: Almaniya, Fransa, İspaniya, Polşa və İtaliyada qarşıdan gələn seçki dövrünün yaxınlaşdığı bir vaxtda hakimiyyətlər ifrat sağçı, antiimmiqrasiya mövqeyi tutan siyasi qüvvələrin artan təzyiqi ilə üz-üzədir", – deyə məqalədə bildirilir.
