Bakı.Trend:
Pakistanın Xeybər-Paxtunxva əyalətində polis bölməsinin qarşısında partlayış baş törədilib. Hadisə nəticəsində azı 14 nəfər ölüb, 24 nəfər yaralanıb.
Pakistan KİV-lərinin yaydığı məlumata görə, partlayış Svat rayonunda yerləşən polis bölməsinin qarşısında baş verib. Səlahiyyətli şəxslər bildiriblər ki, polis bölməsinə daxil olmağa cəhd edən və polis əməkdaşları tərəfindən saxlanılan terrorçu üzərində olan partlayıcı kəməri işə salıb.
Rəsmilərin məlumatına əsasən, partlayış nəticəsində polis əməkdaşları ilə yanaşı mülki şəxslər də həlak olublar. Terror hücumu ilə bağlı istintaq başlanılıb.
