Bakı. Trend:
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan Əl Səud İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı Fars körfəzi bölgəsində gərginliyin azaldılması üçün diplomatik səyləri müzakirə edib.
Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.
"Danışıq zamanı tərəflər mövcud vəziyyətlə bağlı son hadisələri, eləcə də gərginliyin azaldılmasına yönəlmiş diplomatik səyləri müzakirə ediblər", - deyə nazirlik bildirib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Ər-Riyadın təhlükəsizlik və sabitliyin təmin edilməsində regional rolunu oynamağa davam etmək öhdəliyini vurğulayıb. Qeyd edilib ki, bu, regiondakı bütün ölkələrin və xalqların ortaq maraqlarına töhfə verməlidir.