Azərbaycanda bank sektorunun rəqəmsal transformasiyası müzakirə edilib

İqtisadiyyat Materials 31 İyul 2026 20:55 (UTC +04:00)
Azərbaycanda bank sektorunun rəqəmsal transformasiyası müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında (AMB) bank sektorunun rəqəmsal transformasiyası və süni intellektin tətbiqi üzrə dəyirmi masa keçirilib.

Bu barədə AMB məlumat yayıb.

Belə ki, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilovun rəhbərliyi ilə "Bank sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi və süni intellektin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib.

Sədr müavini ölkənin rəqəmsal transformasiya və süni intellektin tətbiqi gündəliyinin bank sektorunda ardıcıl şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. O, cari ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" mövzusunda keçirilmiş müşavirədə və iyun ayında Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilmiş prioritetlərin bank sektorunda tətbiqinin zəruriliyini vurğulayıb.

Banklarda rəqəmsal transformasiya üzrə məsul olan rəhbər şəxslərin iştirakı ilə keçirilən görüşdə süni intellektin maliyyə sektorunda tətbiqi, rəqəmsallaşma prosesində sektor iştirakçılarının qarşılaşdıqları əsas çağırışlar müzakirə olunub. Görüşdə həmçinin rəqəmsal transformasiya istiqamətində Mərkəzi Bankdan və prosesin sürətləndirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarından gözləntilər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı səsləndirilən rəy və təkliflərin bank sektorunun gələcək rəqəmsal inkişaf istiqamətlərinin formalaşdırılmasında nəzərə alınacağı bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti