Pakistanda on alpinist itkin düşüb

Dünya xəbərləri Materials 31 İyul 2026 21:24 (UTC +04:00)
Pakistanda on alpinist itkin düşüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pakistan və Çin sərhədində yerləşən Brod-Pik dağında qar uçqunu nəticəsində on alpinist itkin düşüb.

Bu barədə “Pakistanın Dawn” qəzeti məlumat yayıb.

Bildirilib ki, qrupa tanınmış nepallı alpinist Nirmal Purca rəhbərlik edib.

Məlumata görə, hadisə yerində iki alpinistin meyiti aşkar edilib. “Seven Summit Treks” turizm agentliyinin baş direktoru Taneşvar Quraqeyn bildirib ki, hazırda meyitlərin kimliyinin müəyyənləşdirilməsi prosesi aparılır.

Digər alpinistlərin sağ tapılması ehtimalı ilə bağlı suala cavabında o, buna ümidin çox az olduğunu deyib. Həmçinin 6-7 min metr yüksəklikdə üç GPS izləmə cihazı aşkarlanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti