Ronaldu və Corcina Rodriges gələn həftəsonu Madeyrada toy edəcəklər

İdman Xəbər 2 Avqust 2026 18:50 (UTC +04:00)
Ronaldu və Corcina Rodriges gələn həftəsonu Madeyrada toy edəcəklər
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliya millisinin və "Əl-Nəsr" klubunun 41 yaşlı ulduz hücumçusu Kriştianu Ronaldu ilə onun nişanlısı, 32 yaşlı model Corcina Rodriges gələn həftəsonu Madeyrada evlənəcəklər.

Bu barədə Daily Mail məlumat yayıb.

Mənbənin məlumatına görə, Ronaldu və Corcina Funşal Katedralında nikaha daxil olacaqlar, bundan sonra isə Funşal yaxınlığındakı beşulduzlu Savoy Palace otelində toy şənliyini qeyd edəcəklər. Otelin qonaqlarına cümə və şənbə günləri iki mərtəbənin, eləcə də bir neçə bar zonasının istifadəyə bağlanacağı barədə məlumat verilib.

Mətbuatda yayılan məlumatlara görə, toy üçün məşhurlardan ibarət geniş qonaq siyahısı hazırlanıb. Dəvətlilər arasında “IShowSpeed”, Pirs Morqan, Konor Makqreqor, Həbib Nurməhəmmədov, Dreyk, Trevis Skott, Vin Dizel, Rihanna və Cennifer Lopezin adları çəkilir. Siyahıda futbol dünyasından Kilian Mbappe, Vinisius Junior, Rodriqo və Rio Ferdinandın da yer aldığı qeyd olunur. Aktrisa Ester Ekspositonun da mərasimə dəvət ediləcəyi iddia edilir.

Funşal Ronaldunun doğulduğu və böyüdüyü şəhərdir. Portuqaliyalı futbolçu 2025-ci ildə ispan-argentinalı modelə evlilik təklifi edib. Ronaldo və Corcina 2016-cı ildən münasibətdədirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti