Sabunçuda qadın qətlə yetirildi: Oğlu şübhəli bilinir

Hadisə Xəbər 1 Avqust 2026 11:15 (UTC +04:00)
Sabunçuda qadın qətlə yetirildi: Oğlu şübhəli bilinir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

Trend-in əldə etdiyi məlumata görə, qəsəbədə yerləşən evlərin birində 1972-ci il təvəllüdlü Sevinc Məmmədova aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, qadın “NIDA” Vətəndaş Hərəkatının üzvü olmuş, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anası, şübhəli şəxs qardaşıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti