Növbəti 24 saat ərzində Yer kürəsində maqnit qasırğası baş verə bilər

Cəmiyyət Materials 2 Avqust 2026 00:20 (UTC +04:00)
Növbəti 24 saat ərzində Yer kürəsində maqnit qasırğası baş verə bilər

Bakı. Trend:

Yaxın 24 saat ərzində Yer kürəsində maqnit qasırğasının baş verməsi ehtimalı 75 faiz təşkil edir.

Bu barədə Rusiyanın "Fobos" Hava Mərkəzi məlumat yayıb.

"Bəzi proqnoz modelləri Günəş küləyinin sürətinin saniyədə 600 kilometr və daha yuxarı həddə çatacağını göstərir. Belə şəraitdə geomaqnit sahəsindəki pozuntular zəif (G1) və ya orta güclü (G2) maqnit qasırğası səviyyəsinə çata bilər. Maqnit qasırğasının baş vermə ehtimalı 75 faizdir", – deyə məlumatda bildirilib.

"Fobos"un məlumatına görə, maqnit qasırğasına iyulun 30-da Günəşdə baş vermiş tac kütlə atılması səbəb ola bilər. Qasırğanın yaxın gecənin ikinci yarısında başlaması gözlənilir və onun 6-9 saat davam edə biləcəyi qeyd olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti