Moskvada restoranda partlayış nəticəsində 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb (YENİLƏNİB)

Dünya xəbərləri Xəbər 2 Avqust 2026 00:36 (UTC +04:00)
Moskvada restoranda partlayış nəticəsində 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb (YENİLƏNİB)
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Moskvanın Kudrinskaya meydanındakı restoranda əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində bomba gətirən qadın da daxil olmaqla üç nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Bu barədə Rusiyanın Milli Terrorla Mübarizə Komitəsi məlumat verib.

"Moskvada Kudrinskaya meydanındakı restoranda əldəqayırma partlayıcı qurğu partlayıb, nəticədə üç nəfər - partlayıcı qurğunu qaçaqmalçılıq yolu ilə restorana keçirməyə cəhd etməkdə şübhəli bilinən naməlum qadının qarşısını alan mühafizəçi, naməlum qadının özü və müştərilərdən biri həlak olublar. 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - deyə Komitədən bildirilib.

Komitə əlavə edib ki, hazırda hadisənin bütün hallarının müəyyən edilməsinə yönəlmiş zəruri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.

xxx

22:33

Moskvanın mərkəzindəki Kudrinskaya meydanında yerləşən yay kafesinin yaxınlığında partlayış baş verib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, üç nəfər həlak olub, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

İdarədən bildirilib ki, partlayış bu gün saat 20:00 radələrində Kudrinskaya meydanındakı 1 nömrəli binanın yaxınlığında baş verib.

Hadisə yerində Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin istintaq qrupu, paytaxtın əməliyyat xidmətlərinin əməkdaşları ilə birlikdə faəliyyət göstərir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti