Azərbaycan avarçəkənləri Avropa ikincisi olublar

İdman Materials 1 Avqust 2026 18:44 (UTC +04:00)
Azərbaycan avarçəkənləri Avropa ikincisi olublar
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında yüngülçəkili idmançıların mübarizəsinə yekun vurulub.

Qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda Azərbaycan Su İdman Növləri Federasiyasını iki idmançı təmsil edib. Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal qazanıb.

Xatırladaq ki, Ziya Məmmədzadə və Nurlan Paşayev iyunun 12–dən 14-dək Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti