Mərkəzi Klinika Nəriman Həsənzadənin vəfatı ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 1 Avqust 2026 12:22 (UTC +04:00)
Mərkəzi Klinika Nəriman Həsənzadənin vəfatı ilə bağlı məlumat yayıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Klinika Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı məlumat yayıb.

Klinikanın sosial media hesabında xalq şairinin gecə saatlarında vəfat etdiyi bildirilib.

"Bu gün saat 00:25 radələrində müasir poeziyamızın görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə Əliməmməd oğlu Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən kompleks müalicə tədbirlərinə baxmayaraq vəfat edib.
Mərkəzi Klinikanın kollektivi xalqımıza və mərhumun yaxınlarına dərin hüzünlə baş sağlığı verir", - məlumatda qeyd edilib.

Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi sabah, 2 avqust, səhər saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda saat 13:00-da dəfn ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti