Bakı. Trend:
İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan və Türkiyə rəsmiləri ilə görüşlər zamanı ABŞ-nin növbəti hücumları halında Tehranın cavab verməyə hazır olduğu barədə xəbərdarlıq edib.
Bu barədə "Əl-Cəzirə" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, A. Əraqçi Pakistan Silahlı Qüvvələrinin baş komandanı Asim Munir və Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışıqları aparıb.
Danışıqlar zamanı Əraqçi İranın "istənilən təcavüzə qətiyyətlə cavab verəcəyi" barədə xəbərdarlıq edib. O, həmçinin ABŞ-ı "istənilən hərbi avantüra"dan çəkindirib.