Bakı. Trend:
Konqo Demokratik Respublikasında 3605 “Ebola” virusuna yoluxma qeydə alınıb ki, bunun da 1587-si ölümlə nəticələnib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilib.
Qeyd olunub ki, son məlumatlar iyulun 30-da qeydə alınıb.
Həmçinin diqqətə çatdırılıb ki, adıçəkilən ölkədə “Ebola” virusunun əhatə dairəsi genişlənib.
“Bu, Konqo Demokratik Respublikasının tarixində ən böyük epidemiyadır”, - deyə məlumatda vurğulanıb.