İsti hava ilə əlaqədar Macarıstanın Pakş AES-in fəaliyyəti dayandırılıb

Dünya xəbərləri Materials 2 Avqust 2026 05:23 (UTC +04:00)

Bakı. Trend:

Macarıstanın Baş naziri Peter Macyar avqustun 2-də Pakş Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini dayandırdığını elan edib.

Baş nazir bu barədə feysbuk səhifəsində yazıb.

Baş nazir bildirib ki, bu, Dunay çayında suyun səviyyəsinin isti hava şəraiti ilə əlaqədar aşağı düşməsi ilə bağlıdır.

Qeyd edək ki, Mərkəzi Avropada baş verən anormal istilər və quraqlıq səbəbindən Dunay çayında suyun səviyyəsi tarixi minimum səviyyəyə düşüb.

Xəbər lenti

Xəbər lenti