Səbaildə çoxmərtəbəli binada baş verən yanğın söndürülüb

Hadisə Materials 31 İyul 2026 19:42 (UTC +04:00)
Səbaildə çoxmərtəbəli binada baş verən yanğın söndürülüb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

"Yanğınsöndürənlərin və yaşayış binasının texniki heyətinin operativ müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb", - deyə məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti