Tramp ABŞ-nin ən böyük şirkətlərindən yüz milyonlarla dollar alıb

Dünya xəbərləri Materials 31 İyul 2026 06:41 (UTC +04:00)
Tramp ABŞ-nin ən böyük şirkətlərindən yüz milyonlarla dollar alıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın qeyri-kommersiya təşəbbüsləri, o cümlədən Ağ Evdə bal zalının inşası üçün ölkənin aparıcı şirkətlərindən 800 milyon dollardan artıq ianə cəlb olunub.

Bu barədə The Wall Street Journal nəşri məlumat yayıb.

Bildirilib ki, vəsaitlərin toplanması ilə Trump Media şirkətinin direktorlar şurasının üzvü Meredit O'Rurk məşğul olur.

Məlumata əsasən, ən iri donorlar sırasında SoftBank, Apple, Microsoft, Amazon və Meta yer alır.

Qeyd olunub ki, SoftBank Trampın prezident kitabxanasının yaradılması üçün 50 milyon dollardan çox vəsait ayırıb. Apple Ağ Evdə bal zalının tikintisinə təxminən 25 milyon dollar ianə edib. Microsoft və Amazon isə hər biri təxminən 15 milyon dollar məbləğində maliyyə dəstəyi göstərib. Bundan əlavə, Meta da Trampın layihələrinin maliyyələşdirilməsinə on milyonlarla dollar yönəldib.

Xəbər lenti

Xəbər lenti