Yaponiyada zəlzələ qurbanlarının sayı 30-a çatıb

Dünya xəbərləri Materials 30 İyul 2026 10:44 (UTC +04:00)
Yaponiyada zəlzələ qurbanlarının sayı 30-a çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiyanın Kumamoto prefekturasında baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb.

Bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi Fövqəladə Vəziyyət fəsadlarının aradan qaldırılması ilə bağlı yaradılmış xüsusi qərargahın iclasında deyib.

Məlumata görə, həlak olanlar arasında Vyetnam vətəndaşı da var.

Zəlzələ nəticəsində çoxsaylı evlər elektrik enerjisi, su və qaz təchizatından məhrum olub. Bəzi ərazilərdə evlər dağılıb, avtomobil yolları və körpülər zədələnib.

Qeyd edək ki, baş vermiş 7,1 bal gücüündə zəlzələ son illərdə Yaponiyada qeydə alınan ən güclü zəlzələlərdən biri hesab olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti