Bakı. Trend:
“Qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər” təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədin mətni Nazirlər Kabinetinin rəsmi internet saytında dərc olunub.
Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti qaz təchizatı obyektlərinin mühafizə zonaları barədə cari vəziyyətə dair məlumatları elektron qaydada 3 (üç) ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etmək taşırılıb.
