Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycanın bank sektorunun xalis mənfəəti 716,3 milyon manat xalis təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 139,7 milyon manat və ya 24,2% çoxdur.
Bundan başqa, hesabat dövründə banklar 1 milyard 86,5 milyon
manat (23,3% çox) məbləğində əməliyyat mənfəəti əldə ediblər. Cari
ilin 6 ayında banklar tərəfindən ümumilikdə 171,1 milyon manat
(27,6% çox) məbləğində mənfəət
vergisi ödənilib.
Qeyd edək ki, 30 iyun 2026-cı il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 504, şöbələrinin sayı 83, ATM-lərin sayı 3,503 oub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0,3% və ya 88 nəfər artaraq 27,462 nəfər təşkil edib.
Bununla yanaşı, Mərkəzi Bank kapital bazarının inkişafı istiqamətində həyata keçirilən islahatlar və qarşıdakı hədəflərlə bağlı da açıqlama verib.
Trend-in sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, 2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyasına uyğun olaraq yeni maliyyə alətləri və rəqəmsal həllər hesabına Azərbaycanda kapital bazarının dərinliyi artırılacaq.
"Strategiyada kapital bazarlarının gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə dayanıqlı infrastrukturun formalaşdırılması, bazara çıxış imkanlarının genişləndirilməsi, investor etimadının artırılması, investisiya alətlərinin çeşidinin zənginləşdirilməsi, eləcə də tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulub. Strategiyaya uyğun olaraq sekyuritizasiya, törəmə və repo alətləri, sukuk, vençur kapitalı və kraudfandinq kimi alternativ maliyyə alətlərinin tətbiqi istiqamətində müvafiq layihələrin icrası davam etdirilir", – deyə məlumatda qeyd olunub.
AMB-dən bildirilib ki, yaxın perspektivdə əsas prioritetlər sırasında institusional və fərdi investorların bazarda iştirakının genişləndirilməsi, maliyyə savadlılığının artırılması, eləcə də rəqəmsal həllər və elektron ticarət imkanlarının inkişaf etdirilməsi yer alır.
"Proseslərin avtomatlaşdırılması və əməliyyat xərclərinin azaldılması investorların bazara çıxış imkanlarını genişləndirməklə yanaşı, kapital bazarının dərinliyinin və dayanıqlığının artırılmasına şərait yaradacaq. Bu istiqamətdə həyata keçirilən tədbirlər Mərkəzi Bank tərəfindən uzunmüddətli və sistemli inkişaf strategiyasının tərkib hissəsi kimi nəzərdən keçirilir", – deyə AMB vurğulayıb.
