"Sabah" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb (FOTO/VİDEO)

İdman Xəbər 28 İyul 2026 21:15 (UTC +04:00)
"Sabah" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb (FOTO/VİDEO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi "Sabah" Finlandiyada "KuPS"un qonağı olub.

Finlandiyanın Kuopio şəhərində Bakı vaxtı ilə saat 19:00-da başlayan qarşılaşmada "bayquşlar" rəqibi 0-2 hesabı ilə məğlub edib.

İlk hissəsi qolsuz tamamlanan maçtda hesabı 53-cü dəqiqədə Velko Simiç açıb, 70-ci dəqiqədə isə Coy Lens Mikels bakılıların ikinci qolunu vurub.

Komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Beləliklə, iki oyunun nəticəsinə görə rəqibindən üstün olan "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb və bu mərhələdə Danimarkanın "Orxus" və Polşanın "Lex" komandaları arasında keçirilən cütün qalibi ilə üz-üzə gələcək. Bu komandaların Danimarkada keçirilən ilk matçında polşalılar 4:1 hesabı ilə qalib gəliblər. Cavab görüşü iyulun 29-da Polşada olacaq.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, 2-ci oyun.
28 iyul 2026, çərşənbə axşamı. 19:00.
"KuPS" (Finlandiya) - "Sabah" (Azərbaycan)

Stadion: Vyare Arena (Kuopio, Finlandiya), tutumu: 7890 tamaşaçı.
Baş hakim: Qal Leybovits (İsrail).

"KuPS": 1 Yohannes Kreydl, 29 Akseli Puukko, 28 Brahima Maqassa, 4 Kasim Nuhu, 25 Klinton Antvi, 10 Valentin Qask, 22 Sayku Turay, 8 Petteri Pennanen (k), 16 Tommi Jiri, 24 Bob Nii Arma, 11 Ceymi Moreno.

Baş məşqçi: Miika Nuutinen.

"Sabah": 92 Stas Pakatilov (k), 80 Akim Zedadka, 3 Stiv Solvet, 5 Rəhman Daşdəmirov, 27 Timateuş Puxaç, 13 İvan Lepinitsa, 7 Umarali Raxmonaliyev, 10 Aleksey İsayev, 21 Velko Simiç, 11 Kahim Parris, 20 Coy-Lens Mikels.

Baş məşqçi: Valdas Dambrauskas.

Xəbər lenti

Xəbər lenti