Bakı. Trend:
İyulun 28-də ABŞ Mərkəzi Komandanlığı və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri İraqda ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlar təşkil etmək üçün İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən yönləndirilən İran yönümlü terrorçulara qarşı yüksək dəqiqlikli zərbələr endirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat verib.
"ABŞ və Səudiyyə Ərəbistanının döyüş təyyarələri son 72 saat ərzində İİKK-nın göstərişi ilə həyata keçirilən 30-dan çox pilotsuz uçuş aparatı hücumuna sərt cavab olaraq İraqın şərqində terrorçulara məxsus bir neçə logistika və silah anbarını vurub.
ABŞ qüvvələrinə qarşı əsassız hücumlar uğursuz olub.
2026-cı ilin fevral-aprel ayları ərzində İraqda İran yönümlü terrorçu qruplaşmalar ABŞ vətəndaşlarına və Amerika obyektlərinə qarşı 600-dən çox hücum cəhdi həyata keçirib.
İİKK və onun terrorçu əlaltıları ABŞ-ın növbəti hərbi cavabının qarşısını almaq üçün bu hücumları dayandırmalıdır", - deyə məlumatda bildirilir.
