İsrailin hansı halda İrana hücum edəcəyi açıqlandı - "Associated Press"

Dünya xəbərləri Materials 29 İyul 2026 13:15 (UTC +04:00)
İsrailin hansı halda İrana hücum edəcəyi açıqlandı - "Associated Press"
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqlar zamanı Vaşinqtondan müraicət olunmayacağı təqdirdə İsrailin öz təşəbbüsü ilə İrana zərbələr endirməyəcəyini bildirib.

Bu barədə İsrail mənbələrinə istinadən “Associated Press” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Netanyahu söhbət zamanı həmçinin vurğulayıb ki, İranın İsrailə hücumu baş verəcəyi təqdirdə yəhudi dövləti cavab zərbələri endirmək hüququnu özündə saxlayır.

Baş nazir ABŞ liderinə İsrailin İranla bağlı yeni kəşfiyyat məlumatlarını Vaşinqtona ötürməyə davam edəcəyini də bildirib. Netanyahu eyni zamanda ABŞ-nin İranla qarşıdurmada Yaxın Şərqdəki ərəb müttəfiqlərinin mövqeyini nəzərə almağa məcbur olduğunu başa düşdüyünü ifadə edib. O, Trampı əmin edib ki, İsrail İran məsələsində Vaşinqtona tam etibar edir və ABŞ prezidentinin istənilən qərarını dəstəkləyəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti