Xaçmazın Həbibkənd kəndində səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 28 İyul 2026 18:00 (UTC +04:00)
Xaçmazın Həbibkənd kəndində səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Həbibkənd kəndində səyyar qəbul keçirib.

Qəbulda Yeni Həyat İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Yeni Həyat qəsəbəsinin və Həbibkənd kəndinin sakinləri iştirak ediblər.

Sakinlər əvvəlki səyyar qəbullar zamanı səsləndirilmiş bir sıra müraciətlərin həlli istiqamətində görülən işlərə görə minnətdarlıqlarını bildiriblər. Qəbul zamanı elektrik təsərrüfatının yenilənməsi, yeni məktəb binasının inşası, eləcə də digər fərdi məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin müraciət, arzu və təkliflərini diqqətlə dinləyib, qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həll olunub.

Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti