Bakı.Trend:
Parisdə bıçaqla edilən hücum nəticəsində 3 nəfər yaralanıb.
Bu barədə AFP agentliyi paytaxtın polis idarəsinə istinadən məlumat yayıb.
İnsident şəhərin şimal-şərqində baş verib. 31 yaşlı kişi 3 qadına bıçaqla hücum çəkib. Onlardan biri xəstəxanaya ağır vəziyyətdə çatdırılıb.
“Le Parisien” qəzetinin məlumatına görə, hücumu həyata keçirən şəxs ruhi-əsəb xəstəsi olub.
