Bakı. Trend:
İran tərəfi Ukraynanın İranın ticarət gəmisinə hücumunu cavabsız qoymayacaq.
Bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu gün (27 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.
“Ukraynanın bu hücumu qeyri-qanuni, əsassız və BMT Nizamnaməsinə ziddir. Bu, təhlükəli avantüradır”, - deyə o qeyd edib.
Bəqai bildirib ki, İran əvvəldən Ukrayna ilə Rusiya konfliktində heç bir müdaxiləsi yoxdur. Ukrayna ötən dörd il ərzində müxtəlif ölkələri müdaxilə etməkdə ittiham edib. Əvəzində Ukrayna hökuməti ölkə problemlərin həll etmək və Avropanın şərqindəki müharibədən ölkəni xilas etməlidir. Ukraynanın hərəkətləri dünyanın müxtəlif yerlərinə də mənfi təsirlər göstərə bilər.
Bəqai qeyd edib ki, İran tərəfi Xəzəryanı ölkələrin bu hücumdan nigaran və narazı olduğu haqda məlumatlıdır. Ukrayna bu hərəkətinə görə mütləq cavabdeh olmalıdır.
Qeyd edək ki, İran XİN iyulun 25-də səhər saatlarında Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücum etdiyini, hücum nəticəsində gəminin zədələndiyini, bir dənizçinin həlak olduğunu və daha birinin yaralandığını bildirib. İran tərəfi bu hücumu qınayıb.
Əlavə edək ki, Türkmənistan XİN yaydığı bəyanatda bildirib ki, 2026-cı il iyulun 25-də beynəlxalq kütləvi informasiya vasitələrində Xəzər dənizinin akvatoriyasında dəniz gəmisinə hücum edilməsi barədə məlumatlar dərc olunub. Bununla əlaqədar Türkmənistan Xarici İşlər Nazirliyi bu cür hərəkətlərin yolverilməz olduğunu bəyan edir. Türkmənistan Xəzəryanı dövlət və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış daimi neytral statusa malik ölkə kimi vurğulayır ki, Xəzər sülh, anlaşma və mehriban qonşuluq dənizidir
