PSJ-nin Diomande ilə bağlı mövqeyi bəlli olub

İdman Materials 28 İyul 2026 03:06 (UTC +04:00)
PSJ-nin Diomande ilə bağlı mövqeyi bəlli olub

Bakı. Trend:

Fransanın nüfuzlu “L'Équipe” nəşri “RB Leypsiq”in hücumçusu Yann Diomandenin “Real Madrid”ə transferi ilə bağlı “Pari Sen-Jermen”in mövqeyini açıqlayıb.

Daha əvvəl parislilərin oyunçuya olan marağı barədə məlumat verilmişdi.

“RB Leypsiq” cəmi bir il əvvəl İspaniya ikinci divizionunda oynayan istedadlı oyunçu üçün həddindən artıq böyük məbləğdə pul istəyirdi. Biz sadəcə bir klubun şousu üçün həddindən artıq böyük məbləğlər xərcləmək niyyətində deyilik. Bu, hazırda “Real Madrid”də baş verənlərdən çox şey xəbər verir”, - nəşr klubun mövqeyindən sitat gətirir.

Ötən mövsüm Diomande bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.

Xəbər lenti

Xəbər lenti