Bakı. Trend:
İran üçün əsas prinsip ölkənin maraq və milli mənafeyidir.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (27 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.
“Ölkənin milli maraq və mənafeləri ilə bağlı qərarların qəbulu sadə, tək dəyişənli məsələ deyil. Bu prosesə təsir edən çoxsaylı amillər və dəyişənlər nəzərə alınmalıdır. İran heç vaxt icazə verməyib və icazə verməyəcək ki, ABŞ müharibə və sülhün zamanını təyin edən tərəf olsun”, -deyə o qeyd edib.
Bəqai deyib ki, İran mənafeyi tələb etdiyi zaman müdafiə edir, lazım olduğu halda milli müdafiə üçün diplomatiya vasitəsindən istifadə edir.
“Qarşı tərəf İranın üç gün ərzində dağılacağını düşünürdü. Lakin hazıra 5 aydan sonra müharibə bataqlığına düşüblər”, -deyə o bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
